Gəncədən dərmandan zəhərlənən 22 yaşlı oğlanın vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb:
"Mayın 1-i saat 23:30 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb".
Aygün Mirakif
Gəncədə 22 yaşlı oğlan dərmandan zəhərlənib.
Oxu.Az xəbər verir ki, 2002-ci il təvəllüdlü Hümbət Məmmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.
Aqil Vəlili