"Aprelin 15-də saat 22:40-da 3 yaşlı oğlan zəhərlənmə şübhəsi ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsində azyaşlıya psixotrop dərman vasitələri ilə zəhərlənmə diaqnozu qoyulub.
"Zəruri tibbi xidmətlər göstərilən azyaşlının vəziyyəti stabil qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb".
Məhərrəm Əliyev
Qobustan rayonunda üç yaşlı E.Qənizadə yaşadığı evdə dərmandan zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, o, xəstəxanaya yerləşdirilib.
Hazırda uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.
Aqil Vəlili