Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12