Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən dördü Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onlar aşağıdakılardır:
- Tapdıq Həsənli (1999);
- Leyla Hüseynova (1951);
- Ramil Məmmədov (1982);
- Ülviyyə Hacıyeva (1974).
Hadisə zamanı iki azyaşlı uşaq da zəhərlənib. Onlar Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, zəhərlənməyə yas mərasimində verilən qidalar səbəb olub. Faktla bağlı araşdırma başlanılıb.
Xatırladaq ki, iyulun 12-də də Gəncədə keçirilən başqa bir yas mərasimində analoji zəhərlənmə hadisəsi baş vermişdi.