Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Niva"markalı avtomobil qarşıdan gələn mikroavtobusla toqquşub.
Hadisə nəticəsində 3 nəfər - mikroavtobusun sürücüsü, Goranboy rayon sakini, 1971-ci il təvəllüdlü Eldəniz Rüstəmov, onun sərnişini, 1984-cü il təvəllüdlü Aynur Əmrahova və "Niva"nın sürücüsü Siyavuş Musayev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Goranboyda "Niva" mikroavtobusla toqquşdu, xəsarət alanlar var
Samir Əli