Göyçayda avtomobilin aşması nəticəsində üç nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xəlitli kəndi ərazisində qeydə alınıb.
Bildirilib ki, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil aşıb və maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəza zamanı avtomobilin yol kənarındakı qaz xəttini zədələməsi nəticəsində kəndin qaz təchizatında fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.