Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Göyçayda biraylıq körpənin ölüm səbəbi bilindi
Göyçayda biraylıq körpənin ölüm səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Martın 2-də saat 16:00-də 2025-ci il təvəllüdlü Göyçay rayon sakini biraylıq oğlan uşağı kəskin pnevmoniya, kəskin tənəffüs çatışmazlığı və yarımçıq doğulma (31 həftə) diaqnozu ilə ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Xəstəyə zəruri tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb və ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Göyçayda biraylıq körpə xəstəxanada vəfat edib.
Oxu.Az xəbər verir ki, 2025-ci il təvəllüdlü Cəfər Nobatov martın 1-də kəskin pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub və orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.