Göyçayda 31 yaşlı qadın qətlə yetirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafedə baş verib.
Belə ki, 38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Göyçayda qadın qətlə yetirildi, əri saxlanıldı - VİDEO
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12