Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisindəki süni göldə batan 2017-ci il təvəllüdlü Ramil Rövşən oğlu Həsənovun və 2016-cı il təvəllüdlü Yusif Sərxan oğlu Nəsibovun meyitini aşkar edərək, sudan çıxarıblar.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Həsənov Gəncədə yaşayıb. O, babası evinə qonaq gəlibmiş.
Göygöl rayonunda iki nəfər göldə boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki göldə baş verib. Göygöl rayon sakinləri - 2016-cı il təvəllüdlü Yusif Nəsibov və 2017-ci il təvəllüdlü Ramil Həsənov göldə çimən zaman batıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb ediliblər. Xilasedicilər hər iki şəxsin meyitlərini taparaq sudan çıxarıblar.