Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən ümumilikdə 6000 manat dəyəri olan kompüter və televizor oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Məlumatda qeyd olunub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb.
Məhərrəm Əliyev