Avqustun 11-də Masazır kəndində yerləşən "Bank Respublika Arena" stadionunun qarşısında "Sabah" və "Orhus" (Danimarka) futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunublar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün "Sabah" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"u mübarizədən kənarlaşdırıb.
Səfərdə 1:2 hesabı ilə uduzan "Sabah" evdə rəqibini dörd cavabsız qolla üstələyib.
Oyundan əvvəl isə klubların azarkeşləri arasında dava düşüb.