Dünya çempionatının (DÇ-2026) final oyununda Argentina millisinin məğlub olmasının ardınca Buenos-Ayresdə kütləvi iğtişaşlar qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə TN nəşri məlumat yayıb.
Bildirilib ki, komandaya dəstək olmaq məqsədilə küçələrə minlərlə azarkeş axışıb. Mükafatlandırma mərasimi başa çatdıqdan sonra vəziyyət gərginləşib. Bir qrup aqressiv fanat hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə butulkalar atmağa başlayıb.
Baş vermiş iğtişaşlar nəticəsində 15 nəfər saxlanılıb, 3 polis əməkdaşı isə xəsarət alıb.
Asayişi pozanları dağıtmaq üçün polis su şırnaqlarından istifadə edib.
Xatırladaq ki, Argentina yığması DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesabı ilə uduzub.