Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən və xəsarət alan qadınların kimliyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, qəza nəticəsində 1994-cü il təvəllüdlü Arifə Səlimova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Digər sərnişin - 1992-ci il təvəllüdlü Aygün Quliyeva isə müxtəlif xəsarətlərlə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Kərimli kəndi ərazisində qeydə alınıb. Qadın sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə olan qadınlardan biri dünyasını dəyişib, digəri isə müxtəlif dərəcəli xəsarətlərlə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimallara əsasən, qəzaya nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvanın çıxması səbəb olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.