Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus "Chevrolet" markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127 298 manat pulu talayaraq qaçıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vəsaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər - 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər avtomobildə pulun varlığından məlumatlı olublar.
Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
"Quldurluq cinayəti" teqi üzrə xəbərlər
- Mağazadan geyim aldı, ödənişi etməyib satıcını hədələdi
- Oğuzda aptekdə satıcı qadını bıçaqla hədələyib quldurluq edən şəxs tutulub
- Bakıda kişini evinin qabağında döyüb qarət etdilər
- Samuxda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
- Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi