Polis tərəfindən saxlanılan "Epi" ləqəbli reper Əkbər Novruzlu barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Novruzlu 30 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan "Epi" ləqəbli reper Əkbər Novruzlunun saxlanma səbəbi məlum olub.
Oxu.Az-ın məlumatına görə, araşdırmalarla Ə.Novruzlunun narkotik vasitə istifadəçisi olduğu üzə çıxıb.
O, həmin fakta görə saxlanılıb.
"Epi" ləqəbli reper Əkbər Novruzlu saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, Ə.Novruzlu barədə paytaxtda açıq havada təşkil olunan tədbirdə söyüşlə rep dediyi üçün polisə şikayət olunub.
Şikayət əsasında o, polisə dəvət edilib və saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli