Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin çayda meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlının meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, həmin şəxs 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğludur. O, dostları ilə çayda çimərkən qəfil boğulmağa başlayıb.
Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.
Samir Əli
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.