Şuşa-Laçın avtomobil yolunda qazıntı işləri zamanı həyatını itirən şəxslərlə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan topoqraf Kənan Hacıyev ailəli və iki övlad atası olub.
Onun köməkçisi Polad Məmmədzadə isə subay idi.
Həlak olan şəxslərin fotolarını təqdim edirik:


Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.
Belə ki, yolun inşasında çalışan şirkətin əməkdaşları - topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər.
Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.