İsmayıllıda güclü yanğın hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində 1992-ci il təvəllüdlü Kamal Fərahim oğlu Qurbanavova məxsus olan ümumi sahəsi 120 kvadratmetr olan avtomobil təmiri emalatxanası və ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyalarının 80 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.
Emalatxananın digər hissəsi və başqa emalatxanalar yanğından mühafizə olunub.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12