Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub
Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu, Nabran qəsəbəsi sahilində suiti cəsədləri aşkarlanıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən suiti cəsədlərindən nümunələr götürülüb.
Xidmət rəsmisinin sözlərinə görə, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
"Xəzər dənizi" teqi üzrə xəbərlər
- Xəzər dənizində suyun çəkilməsi daha da aktivləşib
- Azərbaycanda süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası təsdiqləndi
- Yusif Cabbarov: "Rəqəmsal İpək Yolu" layihəsinin yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək"
- Xəzər dənizində zəlzələ oldu
- Dəniz və çay balıqları niyə yoxa çıxıb? - Ekspert səbəbləri açıqladı