Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi təsdiqləndi
Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsini təsdiqləyib.
President.az xəbər verir ki, Fondun gələn il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10.45% çoxdur.
Bundan başqa, dövlət başçısı "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar