Yevlax rayonunda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, bu gün saat 06:10-da 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.
Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir".
Qeyd edək ki, dəm qazından zəhərlənən beş nəfərdən biri vəfat edib. Onların bir ailənin üzvü olduğu bildirilib.
Aygün Mirakif