Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 8-i saat 14:00-da baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar iki nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"2004-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ətraf oynaqlarda bir neçə sınıq və bədənin digər nahiyələrinin əzilməsi diaqnozu təyin edilib.
1956-cı il təvəllüdlü pasiyentə (kişi cinsli) isə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilib.
Hazırda hər ikisinin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Yevlaxda ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, ölən şəxs Balakən rayon sakini, 1957-ci il təvəllüdlü Xuraman Xəlilovadır. Həmçinin qəza nəticəsində iki nəfər xəsarət alaraq, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, yol qəzası Xaldan-Şəki yolunun Əkşəm kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106, "Honda" və "QAZel" markalı maşınların toqquşması nəticəsində
bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilir.
Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.