Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 15-də saat 13 radələrində rayonun Çobankol kəndi ərazisində qeydə alınıb.
Yolda hərəkətdə olan "Ford Transit" avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, Zaqatala rayon sakini 1976-cı il təvəllüdlü Əli Osmanov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Araşdırmalarla məlum olub ki, Ə.Osmanov avtomobildə olarkən qəfil halı pisləşib. O, sükan arxasında infarkt keçirdiyindən idarəetməni itirib və avtomobili aşırıb.
Faktla bağlı araşdırma aparılır.