Almaniyanın idman ayaqqabıları, geyimləri və digər inventarın istehsalı üzrə ixtisaslaşmış şirkəti olan “Adidas” Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırıb.
Bu barədə “Frans-Press” agentliyi şirkətin mətbuat xidmətinə istinadla xəbər verib.
Xatırladaq ki, Rusiya idmançıları da beynəlxalq yarışlardan uzaqlaşdırılıblar. Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya komanda və klublarının bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb. Ümumdünya Boks Assosiasiyası (WBA) Rusiya və Belarus döyüşçülərinin reytinq siyahılarından çıxarılacağını bildirib. Beynəlxalq Konkisürmə İttifaqı və Norveç Xizək Assosiasiyası Rusiya idmançılarını yarışlardan uzaqlaşdırıblar.
Mənbə: TASS