Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
AFFA dörd komandaya texniki məğlubiyyət verib
AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib.
Oxu.Az xəbər verir ki, bunlardan ikisində komandalardan biri təyin edilən vaxtda meydana çıxmayıb, ikisində isə heyətdə yetərsay olmayıb.
U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) - “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydanda olmayıblar.
U-10 Liqasında “Metak”la görüşdə “Şahdağ”ın, “Universal” FA ilə qarşılaşmada isə “Modern”in heyətində yetərsay olmayıb.
Nəticədə AFFA İntizam Komitəsi “Lokomotiv”, “Hacıqabul-Şərq”, “Şahdağ” və “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verib.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycan millisi ada ölkəsinin yığması ilə qarşılaşacaq
- Millimizin Belarus seçməsi ilə keçirəcəyi görüşün vaxtı və yeri bəlli olub
- Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a qalib gəldi
- Bakının "İnşaatçı" klubu 30 illik fasilədən sonra yenidən ölkə çempionatında çıxış edəcək
- AFFA "Zirə" ilə "Neftçi"ni cəzalandırdı