"Aston Villa" futbol klubu "Çelsi"dən argentinalı cinah oyunçusu Alexandro Qarnaçonu transfer edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Aston Villa"nın mətbuat xidməti məlumat yayıb.
Unay Emerinin komandası 22 yaşlı argentinalı futbolçunu 2026/27 mövsümünün sonunadək icarəyə götürüb. İcarə müqaviləsi müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə gələn yay futbolçunun məcburi satın alınmasını nəzərdə tutur.
Qeyd edək ki, Qarnaço "Mançester Yunayted" akademiyasını bitirib və 2025-ci ilin yayında "Çelsi"yə keçməzdən əvvəl "qırmızı şeytanlar"ın heyətində 144 matç keçirib.
O, keçən mövsüm "zadəganlar"ın heyətində keçirdiyi 43 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.