Qapıçısı Andre Onanadan narazı olan "Mançester Yunayted"in rəhbərliyi Emiliano Martineslə danışıqlara başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Emiliano Martines "Aston Villa" ilə sonuncu matçdan sonra gözyaşlarına hakim ola bilməyib. Onun yayda Birmingem təmsilçisindən ayrılacağı gözlənilir.
Argentinalı qapıçını "Atletiko Madrid" transfer etməyi düşünür.
O, cari mövsüm 52 oyunun 15-də qapısını qolsuz saxlamağı bacarıb.