Argentina çempionatında oyun zamanı azarkeşlərin dalaşması faciəyə səbəb olub.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Belqrano” - “Taleres” matçı zamanı ev sahiblərinin azarkeşi Emanuel Barbo ona hücum edənlərdən qaçmaq istəyən zaman tribunadan yıxılıb. Aldığı xəsarətdan komaya düşən fanat iki gündən sonra, aprelin 17-də dünyasını dəyişib. Artıq faktla bağlı 4 nəfər saxlanılıb.
Qeyd edək ki, qarşılaşma 1-1 hesablı bərabərliklə yekunlaşıb.
İ.N