“Formula-1” Avropa mərhələsinin təşkilatçıları Bakıda yarışlarda Rusiyadan 3,5 min azarkeş gözləyirlər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a mərhələnin icraçı direktoru Arif Rəhimov bildirib.
“Hazırda rusiyalı azarkeşlərə 2,5 min bilet satılıb. Son anda rusiyalıların daha 1000 bilet alacağını gözləyirik”, - Rəhimov deyib.
Bundan başqa, icraçı direktor Qran Pri biletlərinin cari həftənin sonuna satılacağına ümid edir. Gündən-günə satışlar artır, ona görə də həftənin sonuna biletlərin qalmayacağına ümid edirik. Tribuna da yerin minimal qiyməti – 200 dollardır, ayaqüstü yerlər 90 dollardır”, - o qeyd edib.
“Formula-1” Avropa Qran Prisi Bakıda gələcəkdə gecə yarışlarına çevrilə bilər.
Arif Rəhimov bəyan edib ki, gələcəkdə dünya “Formula-1” avtomobil yarışları üzrə dünya çempionatının Avropa mərhələsi günün qaranlıq saatlarında baş tuta bilər.
Hazırda “Formula -1” çempionatının təqvimində iki – Sinqapur və Bəhreyndə keçiriləcək gecə yarışı var.
“Gecə yarışı çox müzakirə edilib, tamaşaçılar, azarkeşlər və dostlar tərəfindən ehtimal edilirdi, Rəhimov deyib. – Yarış əlavə məsrəflər tələb edir, biz hər dəfə yolu yenidən quraşdırmalıyıq, bu ağırdır və birinci il üçün yetərincə sual meydana çıxmışdı.
Gələcəkdə baxacağıq - əgər indi hər şey alınsa, ola bilər ki, nə vaxtsa gecə yarışlarına keçdik. Şəhərdə işıqlandırılma çox gözəldir, bu möhtəşəm görünəcək”.
Avropa Qran Prisi Bakıda iyunun 17-dən 19-na qədər keçiriləcək.