Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AVRO-2024: Belçika millisi ilk oyunda məğlub oldu
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants yeddinci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.
E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.
Oxu.Az xəbər verir ki, Belçika-Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı türkiyəli Halil Umut Meler idarə edir.
E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

"AVRO-2024" teqi üzrə xəbərlər
- Futboldan uzaqlaşdırılan ingiltərəli hakim kuryerlik etməyə başlayıb
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb