Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.
"Tipos Arena"dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Komandanın heyətində Xətai Bağırov fərqlənib.
Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.
Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün həlledici görüşlərindən birinə çıxır.
Oxu.Az xəbər verir ki, komandamız yarımfinal mərhələsində Serbiya yığması ilə qüvvəsini sınayacaq.
"Tipos Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Yarımfinalın digər cütlüyündə isə Macarıstan və Ukrayna seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək inamlı təsir bağışlayan Azərbaycan yığması 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) mübarizədən kənarlaşdırıb.