Azərbaycan akrobatları – Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatında bürünc medal qazanıblar.
Oxu.Az xəbər verir ki, cütlük qarışıq hərəkətlərdə (temp və balans) 28,270 xala layiq görülüb.
ABŞ komandası qızıl, Qazaxıstan isə gümüş medala sahib çıxıblar.
Qeyd edək ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət cütlük sabah temp, martın 13-də balansla hərəkətlərdə finalda mübarizə aparacaq.