Qəbələ Atıcılıq Mərkəzində III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar keçirilib.
Oxu.Az yarışların mətbuat xidmətinə istinadən xəbər verir ki, azərbaycanlı idmançı Nərmin Bədəlli stend atıcılığının "trap" növündə fərdi yarışda ikinci yeri tutub.
Bu kateqoriyada qızıl medalı rusiyalı atıcı Alina Axatova qazanıb.
Digər azərbaycanlı idmançı Mürtəza Novruzlu da gümüş medala sahib çıxıb. Stend atıcılığının "trap" növündə fərdi yarışda o, ikinci, rusiyalı Kirill Baqrov isə birinci yeri tutub.
Daha bir atıcımız Daniyella Ulanova isə stend atıcılığının "skeet" növündə fərdi yarışda bürünc medal qazanıb.
Bununla da stend atıcılığı üzrə yarışlara yekun vurulub. Azərbaycanlı idmançılar yarışları doqquz medalla başa vurublar (beş gümüş, dörd bürünc).
Daha çox foto burada: PhotoStock.az