Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan gimnastları Bakıdakı turnirdə gümüş medal qazanıblar
Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirində gümüş medal qazanıblar.
Oxu.Az xəbər verir ki, Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci yeri tutublar.
Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafata sahib çıxıb. Qazaxıstan (100,700) birinci, Gürcüstan (94,950) üçüncü yeri tutub.
Bundan əlavə, dörd yeniyetmə finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.
Qeyd edək ki, beynəlxalq turnir martın 30-da başa çatacaq.
"Bədii gimnastika" teqi üzrə xəbərlər
- Azərbaycanın qrup hərəkətləri komandası bədii gimnastika üzrə Avropa Kubokunda iki medal qazanıb
- Azərbaycan komandası Avropa Kubokunda daha bir medal qazanıb
- Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi oldu
- Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşiblər
- Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək