Bu gün Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub və 1/8 final mərhələsinə adlayan bütün komandaların adları bəlli olub.
Oxu.Az xəbər verir ki, oktyabrın 29-da keçirilən son oyunlardan sonra daha altı komanda növbəti mərhələyə yüksəlib.
Həmin oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Şimal" - "Şahdağ Qusar" - 0:2;
"Xankəndi" - "Difai" - 1:2;
"Zaqatala" - "Sumqayıt" - 0:3;
"Səbail" - "Şamaxı" - 0:1;
"Neftçi" - MOİK - 6:2.
1/8 final mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:
"Qəbələ" - "Şəfa";
"Şamaxı" - "Baku Sportinq";
"Araz-Naxçıvan" - "Kəpəz";
"Qarabağ" - "Karvan-Yevlax";
"İmişli" - "Sabah";
"Zirə" - "Neftçi";
"Şahdağ Qusar" - "Turan Tovuz";
"Difai" - "Sumqayıt".
Qeyd edək ki, 1/8 final qarşılaşmaları dekabrın 2-3-də keçiriləcək.