Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 finalçı müəyyənləşib.
Oxu.Az bildirir ki, 1/8 finalda "Neftçi"ni qəbul edən "Zirə" 1:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.
Qolu 116-cı dəqiqədə Junior Martins vurub.
Qəsəbə təmsilçisi növbəti raundda "Difai" - "Sumqayıt" duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" 1/4 finala yüksələn ilk komanda olmuşdu. 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk matçda "Şahdağ Qusar" "Turan Tovuz"u qəbul edib. 2:1 hesabı ilə qalib gələn qonaqlar 1/4 finala vəsiqə qazanıblar.
Qərb təmsilçisi növbəti raundda "Araz-Naxçıvan" - "Kəpəz" duelinin qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.
Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Bu gün saat 15:00-da "Şahdağ Qusar" öz meydanında "Turan Tovuz"la qarşılaşacaq.
Günün digər oyunu isə "Zirə" və "Neftçi" komandaları üz-üzə gələcək. Bu görüşün start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları 3-4 dekabrda keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
2 dekabr
15:00. "Şahdağ Qusar" - "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
"SOCAR Polymer Arena"
19:00. "Zirə" - "Neftçi"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu.