Azərbaycan Kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, 8 oyunda cəmi 19 qol vurulub. Orta məhsuldarlıq 2.375-ə bərabər olub.
1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Orta göstərici 2-yə bərabər olub.
Qeyd edək ki, ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.