Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ilk oyunda böyük hesabla məğlub olub.
Oxu.Az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib.
Kiprin "Kouklia Community" stadionunda təşkil olunan qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.
Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan yığması (U-19) Avropa çempionatının seçmə mərhələsində B5 qrupunda ilk oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi İsveçrə yığması ilə Kiprdə oynayacaq.
Qeyd edək ki, millimiz noyabrın 29-da Estoniya seçməsi ilə, dekabrın 2-də isə Kipr ilə görüşəcək.
26 noyabr
Avropa çempionatının seçmə mərhələsi
Saat 13:00. Azərbaycan (U-19) - İsveçrə ( U-19)