Veteran futbolçu və baş məşqçi Karlos Alberto Torres vəfat edib.
Oxu.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, braziliyalı mütəxəssis bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.
1970-ci ilin dünya çempionatının qalibi braziliya millisinin əfsanəvi heyətinin kapitanı olan Torres bir müddət ölkəmizdə də işləyib.
O, 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olub.
S.B.
www.oxu.az