ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjej Kasprşik iştirak ediblər.
S.B.
www.oxu.az