Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun təqvimi müəyyənləşib.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycanın kişilərdən ibarət əsas millisi Makedoniya ilə qarşılaşacaq.
İkinci yığma Litva, üçüncü komanda isə Belarusla görüşəcək.
Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcək.
Azərbaycanın qadınlardan ibarət əsas millisinin rəqibi Meksikadır. İkinci komanda Monqolustan, üçüncü yığma isə Türkiyə ilə qarşılaşacaq.
Favoritlərdən Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliyanı sınağa çəkəcək.
N.O