Azərbaycan idmanına və “Qəbələ” İdman Klubuna ağır itki üz verib.
Oxu.Az Qəbələ İdman Klubunun saytına istinadən xəbər verir ki, Azərbaycan cüdo yığmasının gənc üzvü, Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı 16 yaşlı Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.
16 yaşlı idmançının halı qəflətən pisləşib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fəridə Həsənxanova Avropa Kubokunun mükafatçısı olub, dünya çempionatında çıxış edib.
Allah rəhmət eləsin!