Noyabrın 22-dən 24-ə qədər Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sayca 6-cı dəfə keçiriləcək yarışda dünyanın 35 ölkəsindən 300-dən artıq idmançının iştirakı gözlənilir.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnir 3 gün davam edəcək və canlı yayımlanacaq.
Proqrama əsasən, yarışların ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Noyabrın 23-də qadın, 24-də isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.
www.oxu.az