Azərbaycanda pauerliftinq və bodibildinq idman növləri ilə məşğul olanlar güclərini sınayıb.
Oxu.Az xəbər verir ki, pauerliftinq üzrə dünya və Avropa çempionları, dünya rekordçuları Ramil Əhmədovla Rövşən Xəlilovun rəqibləri bodibilderlər – dünya və Avropa mükafatçısı Fuad Quluzadə və mütləq ölkə çempionu Mənsur Şərifov olub.
Hər komanda beş hərəkətdən ibarət təmrinləri yerinə yetirməyə çalışıb.
Nəticədə bodibilderlər pauerliftinqçilərdən daha güclü olub.
Səbuhi Musayev