Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək.
Oktyabrın 25-də millimiz Hövsan Yarış Kompleksinin 10A meydançasında iki oyun keçirəcək. Komanda saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq.
Oktyabrın 26-da isə Azərbaycan millisi həmin meydançada saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.
Turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulur. Yarış dünyanın müxtəlif bölgələrindən olan gənc futbolçuları bir araya gətirəcək.

| № | Ad, Soyad | Klub |
| 1 | Oqtay Mehrəliyev | "Qarabağ" FK |
| 2 | Məhəmməd Ağamaliyev | "Qarabağ" FK |
| 3 | Emil Quliyev | "Neftçi" PFK |
| 4 | Əkbər Nağıyev | "Neftçi" PFK |
| 5 | Kənan Əzimov | "Neftçi" PFK |
| 6 | Qafar Babayev | "Neftçi" PFK |
| 7 | Said Bayramov | "Neftçi" PFK |
| 8 | Sübhan Əlizadə | "Neftçi" PFK |
| 9 | Həsən Məhmədov | "Sabah" FK |
| 10 | Həsən Ramazanov | "Sabah" FK |
| 11 | Murad Məmmədzadə | "Sabah" FK |
| 12 | Asif Allahverdizadə | "Ulduz" FA |
| 13 | Müşfiq Zamanov | "Ulduz" FA |
| 14 | Yusif Əlizadə | "Ulduz" FA |