Azərbaycanın cüdo üzrə veteranlardan ibarət millisi Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında çıxışını başa vurub.
Oxu.Az xəbər verir ki, dördüncü yarış günündə bir usta cüdoçumuz fəxri kürsüyə qalxıb.
M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (90 kq) mundialın gümüş mükafatını qazanıb.
Qeyd edək ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (-100 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, komandamız mötəbər turniri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında daha iki medal əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan usta cüdoçu finalda braziliyalı Co Santuşu məğlub edərək üçüncü dəfə dünya çempionu olub.
M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (100 kiloqram) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.
Hazırda aktivində 1 qızıl və 4 bürünc medal olan yığmamız 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kiloqram), Vüqar Babayev (M3, 66 kiloqram) və Zaur Bağırov (M4, +100 kiloqram) mundialın bürünc medalını qazanıblar.

