Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanlı güləş hakimi Olimpiya Oyunlarında ədaləti qoruyacaq
Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb.
Oxu.Az xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq.
I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
- Avropa çempionatı: Bu gün üç güləşçimiz mübarizəyə qoşulacaq
- Avropa çempionatı: Azərbaycan güləşçiləri 3 medal qazandılar
- Azərbaycanın çimərlik güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar
- Cavanşir Qurbanov VƏFAT ETDİ
Ən çox oxunanlar