Avropa Oyunlarının 5-ci günündə Bakı Kristal Zalında boks yarışları başlandı.
Oxu.Az xəbər verir ki, bu gün kişilər arasında 52, 56, 60, 64, 75 və 91 kq çəki dərəcələrində 1/16 final mərhələsinin oyunları keçiriləcək.
İlk olaraq 52 kq çəki dərəcəsində E.Məmişzadə, 56 kq-da T.Əliyev, 60 kq-da A.Səlimov, 75 kq-da X.Musalov, 91 kq-da A.Abdullayev yarışlara 1/8 final mərhələsindən başlayacaqlar.
Onların rəqibi 1/16 yarışlarından sonra bilinəcək.
64 kq çəki dərəcəsində 1/16 finalda Kollazo Sotomayor 18:15-də Sloveniya təmsilçisi Edin Seydinoviçlə qarşılaşacaq.
E.Ə.
www.oxu.az