Furbolsevərlərin uzun müddətdir böyük həyəcanla gözlədiyi gün gəldi.
Artıq möhtəşəm tarixi Avropa çempionatı Azərbaycanın paytaxtı Bakıda başlamaq üzrədir.
Artıq Bakı Olimpiya Stadionunda (BOS) AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Uels və İsveçrə milliləri arasında qarşılaşma başlayıb.
Tarixdə ilk dəfə olaraq 11 müxtəlif şəhərdə keçirilən oyunlara bu gün paytaxt Bakı qonaq sahibliyi edir. AVRO-2020 oyunları ilə əlaqədar Azərbaycana müxtəlif ölkələrdən turistlər gəlib və gəlməyə davam edir.
Oxu.Az-ın fotoqrafı bu gün baş tutan oyunu izləməyə gələn azarkeşlərin stadiona toplaşmasını müşahidə edib.
Həmin anları özündə əks etdirən fotoları oxuculara təqdim edirik:
FOTO: Firudin Səlimov