Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı - MINEPS VII - işini yekunlaşdırıb.
Bakı Konqres Mərkəzində təşkil olunan tədbirin sonuncu günündə “İdmanın inkişafında xeyriyyəçilərin və fondların rolu”, “İdmanda qadınlara və qızlara qarşı zorakılıq əleyhinə mübarizə” kimi mövzular müzakirə olunub, həmçinin “Fit for Life” Alyansı qəbul edilib.
Sonda konfransın yekun Sənədi (“Baku Outcome Document”) qəbul olunub.
Bağlanış mərasimində Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, UNESCO-nun Sosial və Humanitar Elmlər Sektorunun üzvü Mariaqratsia Skuiççiarini çıxış ediblər, UNESCO Baş Konfransının Prezidenti Santiaqo İrasabal Muraunun videomüraciəti olub.
Qeyd edək ki, MINEPS VII iyunun 26-dan etibarən keçirilib.
Daha çox şəkil burada: PhotoStock.az
Faiq Tahirov